“Baku-Steel Company” məhkəməyə verildi

14:53 - 4 Avqust 2021 - HADİSƏ

“Baku-Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə tətbiq edilib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib.
Həmin maddə əsasında “Baku-Steel Company” MMC-ni 4 min manatdan 6 min manatadək cərimə gözləyir.

Qeyd edək ki, MMC-nin rəhbəri Rasim Məmmədov bu ilin fevral ayında milyonlarla manat mənimsəmədə ittiham olunaraq həbs olunub.///lent.az

Xəbər xətti