"Polisin adamı var, deputatın yoxdur" - Millət vəkili

12:09 - 3 Avqust 2021 - Xəbər

"Bu hadisə ilə Milli Məclis xalqın gözündə kiçildi".

Ucnoqta.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Tahir Kərimli həmkarı Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı Baş prokurorun təqdimatına münasibət bildirərkən deyib.

 
T.Kərimli əlavə edib ki, deputatın səlahiyyətlərinə müdaxilə etməyə polisin ixtiyarı yoxdur:
"Bu polis əslində rəislərinə müraciət etməli idi. İndi biz nə etməliyik? Polisə hərbi salam verməliyik? Bu o deməkdir ki, polisin adamı var, deputatın yoxdur. Bəli, Eldəniz Səlimov cəzalandırılmalıdır. Amma biz özümüzü bu qədər aşağılayırıq".
 
O əlavə edib ki, bundan sonra polisi görəndə 10 metrdən "çest" verək: "Bu o deməkdir ki, polisin sahibi var, deputatın yox".///olke.az

Xəbər xətti