Bakıda dənizdə 1 nəfər batıb

15:15 - 30 İyul 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Xəbər xətti