Şirvan sakini laqonda ilə qolunu kəsib

19:36 - 29 İyul 2021 - HADİSƏ

Şirvan sakini ehtiyatsızlıqdan laqonda ilə qolunu kəsib.

“Report”un məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Gözəlov Samir Samid oğlu laqonda ilə ağac doğrayarkən ehtiyatsızlıqdan öz qolunu kəsib. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti