Azərbaycanda koronaya yoluxanların sayı KƏSKİN ARTDI

17:45 - 28 İyul 2021 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Vətən müharibəsinin iştirakçılarına psixiatrik və İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır İndiyədək ölkədə ümumilikdə 341933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddət ərzində isə ümumilikdə 4003650 test aparılıb.

Xəbər xətti