Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

Polad Bülbüloğlu İrəvana çağırış etdi

Bakı İrəvanı sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır, Qarabağdakı müharibə bitdi. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində deyib. "Müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, sülh müqaviləsi imzalamasına və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşdığımızı dəfələrlə bildirmişik”, - deyə səfir qeyd edib. O bildirb ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına mane olur: “Dövlət başçılarımız tərəfindən təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün maksimum səy göstərməliyik”. Rus sülhmərmalılarının qalma müddətinə gəlincə, diplomat bildirib ki, bu gün bu barədə danışmaq hələ tezdir: “Azərbaycan Respublikası ərazisində müvəqqəti məskunlaşmış Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələrin icrasını davam etdirir”, - deyə Bülbüloğlu vurğulayıb.
Tarix
28 İyul 2021 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-28 17:03:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin