Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Qurbanova Səlminaz Ehsan qızını vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.