Bakıda axtarışda olan şəxs özünü qumbara ilə PARTLATDI - 3 polis xəsarət alıb

16:48 - 27 İyul 2021 - HADİSƏ

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti