Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var

10:01 - 27 İyul 2021 - HADİSƏ

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində, Yuxarı Şirvan kanalı üzərindəki körpüdə qeydə alınıb. Şəmkirdə şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - VİDEO - YENİLƏNİB Mingəçevirdə yol qəzası baş verib Bakıda daş karxanasında bir nəfər bıçaqlanıb 23-BX-956 dövlət nömrə nişanlı "VAZ 2106" və 10-BZ-188 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti