İranda koronavirusa yoluxma sayında rekord

23:13 - 26 İyul 2021 - DÜNYA

İranda son 24 saatda koronavirusa 31 814 yeni yoluxma qeydə alınıb.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Sözügedən göstərici pandemiyanın əvvəlindən bu yana ölkədə qeydə alınan ən yüksək göstərici kimi yadda qalıb. Ölkədə son sutkada 322 nəfər koronavirusdan ölüb. İranda ölüm hallarının ümumi sayı 90 minə yaxınlaşıb.///oxu.az

Xəbər xətti