Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb

18:16 - 26 İyul 2021 - HADİSƏ

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
Şəmkir rayon sakini Turan Əzizov şəxsi münasibətlər zəminində dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevə bir neçə bıçaq zərbəsi vurub.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti