Gəncədə toydan çıxan şəxs bıçaqlandı

23:50 - 25 İyul 2021 - HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında olub.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Taryel Valeh oğlu qarın nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti