Bakıda mənzildə 54 yaşlı kişinin meyiti tapılıb

15:11 - 25 İyul 2021 - HADİSƏ

Bakıda mənzildən kişi meyiti aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Ağayev Elşən Həmzəxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti