Goranboyda 22 yaşlı oğlanı ilan sancıb
08:26 - 25 İyul 2021 - HADİSƏ
Goranboy rayonunda 22 yaşlı oğlanı ilan sancıb.
APA-nın məlumatına görə, hadisə Tatarlı kəndində baş verib.
1999-cu il təvəllüdlü kənd sakini Kazımov Məhəmməd Elmdar oğlu təsərrüfatda çalışarkən onu ilan sancıb. 22 yaşlı gənc xəstəxanaya yerləşdirilib.