Bakıda yaşayış binasında yanğın olub

09:30 - 23 İyul 2021 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti