Bakıda arvadını qətlə yetirən kişi özünü asdı

06:38 - 23 İyul 2021 - HADİSƏ

Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Qüliyev Zərbəli Məmmədhüseyin oğlu həyat yoldaşı olan 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri buraraq qətlə yetirib. Daha sonra Z. Quliyev özünü kəndirlə asaraq intihar edib. Hadisənin təfərrüatları Xəzər rayonu Prokurorluğunda araşdırılır.

Xəbər xətti