Cəlilabadda azyaşlı 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı

22:28 - 22 İyul 2021 - HADİSƏ

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib.

Hadisə Cəlilabad rayonunda qeydə alınıb.

Yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.///report

Xəbər xətti