"KamAZ" məşhur fotoqrafın avtomobilini vurub dərəyə atdı

17:37 - 22 İyul 2021 - HADİSƏ

Məşhur fotoqraf Səfiyar Məcnun qəzaya düşüb. Bu barədə "Report"a özü məlumat verib. O bildirib ki, qəza Şamaxıda "ASAN Xidmət"in qarşısında baş verib: "Maşında 4 nəfər olmuşuq. Mən piyadaya yol vermək məqsədi ilə sürəti azaltmışdım, "KamAZ" da mənim maşınımı arxadan vurub dərəyə atdı. Xoşbəxtlikdən salamatlıqdır. Hamımız yaxşıyıq".

Xəbər xətti