Sabirabadda 52 yaşlı qadın qətlə yetirilib

15:49 - 22 İyul 2021 - HADİSƏ

Sabirabadda qətl törədilib.

Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb.///apa

Xəbər xətti