Gəncə sakini bıçaqlanıb

01:03 - 22 İyul 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Nəbi Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

N.Kərimovun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti