Salyanda yolu keçən 21 yaşlı qızı avtomobil vurub

08:48 - 21 İyul 2021 - HADİSƏ

Salyan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin X.R Ulutürk prospektində qeydə alınıb.

Salyan şəhər sakini, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Vasif qızı yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti