Biləsuvarda 15 yaşlı şagird azyaşlı əmisi oğlunu xilas etdi, özü boğulub öldü

22:59 - 20 İyul 2021 - HADİSƏ

Biləsuvar şəhərində bədbəxt hadisə baş verib.

Hadisə şəhərin 8 mart küçəsində qeydə alınıb.
Yaşadıqları evin yaxınlığından axan Bolqar çayında çimən məktəblilərdən biri çayda boğulub.

Belə ki, 10 yaşlı əmisi oğlunun boğulduğunu görən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu onu suyun dayaz hissəsinə çıxarmağına nail olsa da, ozü yorulduğundan çayda boğulub.

Orta məktəbin 9-cu sinfini başa vuran F. Məmmədli ailənin tək oğul övladı, nümunəvi, dərslərini əla qiymətlərlə oxuyan şagird idi. ///qafqazinfo

Xəbər xətti