Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

21:41 - 20 İyul 2021 - HADİSƏ

Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.

Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti