Bakıda bıçaq qəssabın ürəyinə batdı
07:47 - 20 İyul 2021 - HADİSƏ
Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.
Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı “laqonda” ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.