Cəlilabadda yol qəzası olub, xəsarət alan var

18:11 - 19 İyul 2021 - HADİSƏ

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində "VAZ 2115" markalı minik avtomobili ilə "İveko" markalı yük avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti