Göygöldə yol-nəqliyyat hadisəsi baş verib

09:36 - 19 İyul 2021 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Qasımova Mahirə Qələndər qızı, 2007-ci il təvəllüdü Qasımova Nuray Elsevər qızı və 2009-cu il təvəllüdlü Qasımova Fidan Elsəvər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti