Sabirabadda 26 yaşlı gənc döyülüb

09:19 - 19 İyul 2021 - HADİSƏ

Sabirabadda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Axıska kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ələkbərov İlham Azay oğlu tanıdığı şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti