Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurub

09:10 - 19 İyul 2021 - HADİSƏ

Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Minik avtomobili yolu keçən 2009-cu il təvəllüdlü İsakov Elşad Etibar oğlunu vurub.

Azyaşlı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti