Agstafada su daşıyan maşın aşıb, xəsarət alan var

22:37 - 18 İyul 2021 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

"QAZ 53" markalı su maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ərəbov Ərəb Fuad oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti