Xaçmazda 12 yaşlı uşağı maşın vurub

13:58 - 18 İyul 2021 - HADİSƏ

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadənxəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti