Göygöl sakini qudasını "Dubay bazarı"nda bıçaqladı

08:11 - 18 İyul 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin "Dubay bazarı"da qeydə alınlb.Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 56 yaşlı kişini qudası bıçaqlayıb. Səbəb kimi qızını 2 il əvvəl boşadıqları göstərilir. Belə ki, E.Abdullayevin oğlu 2-ci dəfə ailə həyatı qurub. Bunu qəbul edə bilməyən qız atası bıçağa əl atıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti