Göygöldə mülki şəxs minaya düşüb

22:05 - 14 İyul 2021 - HADİSƏ

Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

Hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.

Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti