Goranboyda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Hadisə Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. Belə ki, “VAZ-2106” markalı avtomobil təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində təcili tibbi yardım maşınında olan xəstəxananın iki qadın əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.///apa