Salyanda azyaşlının vurulması ilə nəticələnən yol hadisəsi baş verib.
Hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
“UAZ” markalı avtomobil kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlunu vurub. 9 yaşlı uşaq ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///apa