Bakıda iki avtomobil toqquşub, işıq dirəyi aşıb - Foto

00:00 - 14 İyul 2021 - HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hadisə Xəqani Rüstəmov küçəsində qeydə alınıb.
Tacəddin Mamafov idarə etdiyi “Nissan” markalı avtomobillə yüksək sürətlə əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra əks yolda hərəkətdə olan Rəfael Yusubovun idarəetməsindəki “KİA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi zərər dəyib.///apa


Xəbər xətti