Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2009-cu il təvəllüldü Ağayev Kamal İman oğlunu vurub.
Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirlir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.