Gəncədə azyaşlı 3-cü mərtəbədən yıxılıb

22:10 - 11 İyul 2021 - HADİSƏ

Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə şəhərin Adil İsgəndərov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, təxminən 3-5 yaşı arasında olan oğlan binanın 3-cü mərtəbəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.///apa

Xəbər xətti