Qazaxda Kür çayında batan digər şəxsin də meyiti tapılıb

15:50 - 11 İyul 2021 - HADİSƏ

Qazaxda Kür çayında batan 15 yaşlı oğlanın meyiti tapılıb.

Qazax rayon Aslanbəyli kənd sakini, 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti bu dəqiqələrdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Birinci Şıxlı kənd ərazisindən axan hissəsində H.Fəttahov və 1998-ci il təvəllüdlü Məhəd Elxan oğlu Şirməmmədov çayda batıblar.

Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, H.Fəttahov çayda batıb bunu görən M.Şirməmmədov onu xilas etmək istəsə də, hər ikisi bataraq boğulublar.///report

Xəbər xətti