Bakıda avtomobil ustası müştərini bıçaqladı

09:03 - 11 İyul 2021 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti