Abşeronda yol qəzası olub, xəsarət alan var

00:18 - 11 İyul 2021 - HADİSƏ

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Qasımov Kamran Mürsəl oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti