Bərdədə 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO

18:34 - 10 İyul 2021 - HADİSƏ

Bərdədə 2 minik maşını toqquşub.

Hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.///Apa

 


Xəbər xətti