Xudat-Nabran yolunda maşın aşıb, xəsarət alanlar var

17:00 - 10 İyul 2021 - HADİSƏ

Bu gün Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə Xudat- Nabran yolunda qeydə alınıb. "VAZ 2106" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bəhruz İskəndərov və Natalya Suxominova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti