Sumqayıtda intihara cəhd edən şəxs xilas edilib

15:01 - 10 İyul 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti