Bakıda oğlan sevdiyi qızı avtomobillə vurub

09:53 - 10 İyul 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadın Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

Xəbər xətti