Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 1 halda məntəqədən kənarda (ən yaxınlıqdakı məntəqədən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.