Kürdə batan Həmzə ilə Məhədin - FOTOSU

22:35 - 9 İyul 2021 - HADİSƏ

Xəbər verdiyimiz kimi, ötən gün iki nəfər Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində batıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, çayda batan şəxslər Qazaxın Aslanbəyli kənd sakinləridir.

Onlardan 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlunun nəşi ötən axşam saatlarında sudan çıxarılaraq ailəsinə təhvil verilib. Mərhum bu gün doğulduğu kənddə torpağa tapşırılıb. Kürdə batan 15 yaşlı Fəttahov Həmzə Arif oğlunun isə axtarışları davam edir.

Məlumata görə, Məhədin iyulun 20-də nişan mərasimi olacaqmış.
Məhədlə Həmzənin fotosunu təqdim edirik:


Xəbər xətti