Lerikdə istirahət mərkəzində çayçı işləyən şəxsin meyiti aşkarlanıb

21:49 - 9 İyul 2021 - HADİSƏ

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində "Relax" istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

Bu barədə Ucnoqta.az-a Lerik rayon prokurorluğundan bildirilib. Məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Xəbər xətti