Şirvanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb - FOTO

17:20 - 9 İyul 2021 - HADİSƏ

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində 9 nəfər yüngül xəsarətlər alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti