Bakıda ər arvadını qətlə yetirib, sonra özünü bıçaqladı

00:04 - 9 İyul 2021 - HADİSƏ

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti