Haiti prezidentinə təşkil edilən sui-qəsdin görüntüləri yayılıb - VİDEO

17:27 - 7 İyul 2021 - HADİSƏ

Haiti prezidenti Jovenel Moizin şəxsi iqamətgahında güllənərək öldürülməsini əks etdirən görüntülər yayılıb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, kadrlarda silahlı şəxslərin iqamətgahın ərazisində gəzdiyi və atəş açdığı görünür.

Videoda silahlı şəxslərin yaxınlığında yerdə insan cəsədi də görünür.

Həmçinin, yayılan son məlumata əsasən, hücum nəticəsində ağır yaralanan Haiti prezidentinin həyat yoldaşı Martine Moiz də xəstəxanada vəfat edib.

Xəbər xətti